Qadin.NET / Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO

Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO

Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO


Mart ayında vəfat edən ingilis fizik Stiven Hokinqin 22 şəxsi əşyası auksionda satılıb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, satılan əşyaların dəyəri ümumilikdə 1 milyon 824 min 375 funt-sterlinq edib. Hokinqin imzaladığı doktorantura dissertasiyası 584 min 750 funta, "Zamanın qısa tarixi" kitabı 150 minə, "Simpsonlar" cizgi filminin Hokinqdən bəhs edən seriyasının ssenarisi 6250, fizikin 1980-1990-cı illərdə istifadə etdiyi kreslo 296 min 750 funta satılıb. Əldə edilən məbləğ Stiven Hokinq Fondu və Motor Neyron Xəstəliyi Birliyinə veriləcək. 

Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO

Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO


9 noyabr 2018
GO BACK