Qadin.NET / 50 yaşlı nənə dördəm doğdu - FOTO

50 yaşlı nənə dördəm doğdu - FOTO

50 yaşlı nənə dördəm doğdu - FOTO


50 yaşlı Treysi Britten dördəm dünyaya gətirib. Bununla da o, Britaniyanın ən yaşlı anası olub.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ekstrakorporal mayalanma (İn Vitro Fertilisation, İVF) əməliyyatı nəticəsində hamilə qalmış Treysi 8 nəvənin nənəsidir. Əməliyyat Kiprdə gerçəkləşdirilmişdi və Treysiyə 7 min funt-sterlinqə başa gəlmişdi.

Onun dünyaya gətirdiyi dördəmlər hospitalın doğuş şöbəsinin intensiv terapiya bölməsindədir.

Hamiləliyin 31-ci həftəsində dünyaya gətirdiyi dördəmlərin üçü qız, biri oğlan olan Treysinin dediyinə görə, övladları ilə birlikdə Milad Bayramına qədər evdə olacağına ümid edir. O, əri Stivenlə körpələrə ad fikirləşir.

"Mənə dedilər ki, bu yaşda ana olmaq mümkün deyil. Lakin inad etdim, fikrimdən dönmədim. İVF əməliyyatı nəticəsində hamilə qaldım. Həkimlərin söylədiklərinə görə, milyonda bir olan hadisə baş vermişdi. Sonra da dörd övladımı doğdum. Çox bəxtəvərəm", - Treysi Britten söyləyib.

Treysinin üç böyük övladı - bir qızı və iki oğlu var. O, ən kiçiyi 7 aylıq, ən böyüyü 11 yaşlı 8 nəvənin nənəsidir.

50 yaşlı nənə dördəm doğdu - FOTO

50 yaşlı nənə dördəm doğdu - FOTO

50 yaşlı nənə dördəm doğdu - FOTO


8 noyabr 2018
GO BACK