Qadin.NET / Amaliya Pənahova vəfat etdi - FOTO

Amaliya Pənahova vəfat etdi - FOTO

Amaliya Pənahova vəfat etdi - FOTO


10:07

Xəbəri trend-ə Mədəniyyət Nazirliyindən təsdiqləyiblər.

-----------

09:57

Xalq artisti Amaliya Pənahova vəfat edib.

Qadin.Net Milli.Az-a istinadən  xəbər verir ki, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb. O, sosial şəbəkə hesabından bunları yazıb:

"Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanım... Əlim gəlmir yazmağa".

Qeyd edək ki, əməkdar artist profilinə də xalq artistinin fotosunu əlavə edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

8 noyabr 2018
GO BACK