Braziliyada hər il keçirilən “Miss BumBum” müsabiqəsinin finalı baş tutub.
Qadin.Net axşam.az-a istinadən xəbərinə görə, 8 ildir keçirilən müsabiqə zamanı ən böyük, ideal ombaya sahib olan qızlar iştirak edib.
Finala qalan 15 yarışmaçı arasından bir nəfər qalib gəlib.
Bu dəfə Rondonia əyalətindən olan Ellen Santana 108 santimetrlik ombası ilə birinci olub. RLakin onun bu birinciliyi digər iştirakçı Paula Oliveiranın etirazına səbəb olub. O, Ellenin deyil, öz ombasının təbii olduğunu bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, Paula 6 il öncə cinsiyyət dəyişdirərək qız olub. Bundan sonra Oliveira bir söz demədən yarışmadan gedib.
Qeyd edək ki, ötən il “Miss BumBum 2017”nin qalibi 108 santimetr ombası ilə Rozi Olivier olmuşdu.