Qadin.NET / Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO

Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO

Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO


Amerikalı aktyor Maykl Duqlas Hollivudun "Şöhrət xiyabanı"nda üstündə ad yazılmış ulduza layiq görülüb.

Qadin.Net report-a istinadən bildirir ki, bu barədə təşkilatçılar öz saytlarında məlumat veriblər.

Aktyorun adına olan ulduzun açılış mərasimi çərşənbə axşamı baş tutub. Tədbirdə Maykl Duqlasın gələn ay 102 yaşı olacaq atası əfsanəvi Kirk Duqlas və həyat yoldaşı Ketrin Zeta Cons iştirak edib.

"Ata, sənin burada olmağın, mənim üçün çox şey deməkdir. Sadəcə ürəkdən deyirəm: mən sənin oğlun olmağımla fəxr edirəm", - deyə mərasimdə mütəəssir olmuş 74 yaşlı aktyor bildirib.

Maykl Duqlas kino peşəsinə 70-ci illərdə gəlib. Ona birinci şöhrəti "San-Fransisko küçələri" serialı gətirib. O, 1976-cı ildə "Qu quşu yuvası üzərindən uçarkən" filmində göstərdiyi prodüser işinə görə ilk "Oskar"ını alıb. Aktyor işinə görə yeganə "Oskar"ı isə Duqlas, Oliver Stounun "Uoll-strit" filmində oynadığı rola görə əldə edib.

Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO

Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO

Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO


7 noyabr 2018
GO BACK