Ahmet Kural-Sıla məsələsi barədə yeni xəbər var.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Kanal D-nin əldə etdiyi məlumata görə, Sıla sərxoş halda Ahmetlə dalaşarkən onu "Səni məhv edəcəm" deyə təhdid edib.
Bunu Ahmet Kural ifadəsində deyib. O bildirib ki, Sıla dostu ilə münasibət yaşadığına görə aralarında mübahisə yaranıb.
"Ayrıldıqdan 4 ay sonra Sıla xanım mənə mesajlar göndərdi, zəng edib, barışmaq istədiyini söylədi. Mən də münasibətə başlamaq istəmirdim deyə zənglərə cavab vermirdim.
O, mesaj yazaraq: "Sənə mahnı yazmışam" dedi. Sonra da həmin mahnını göndərdi. Mən də sevindim və düşündüm ki, ikinci şans vermək lazımdır.
Sıla xanım bacımla tanış deyildi deyə yeməyə gəlmək istədi, mən də qəbul etdim. Ailəvi yemək yedik və içki qəbul etdik.
Mənim evimdə əvvəlcə mətbəxdə söhbət etdik. Mən söhbəti bundan əvvəlki ayrılıq məsələsinə gətirdim. Çünki hər dəfə fərqli cavablar verirdi deyə, inana bilmirdim. Əvvəlcə dostu, sonra ona tanışlıq təklif etdiyini və iş üçün münasibət qurduğunu söylədiyi şəxslə münasibətdə olduğunu etiraf edəndə, sanki, başıma qaynar su tökdülər. "Bəli, istədim ki, əzab çəkəsən, sevgiliydik" sözündən sonra mübahisə başladı"