Hər il "Billboard" nəşri tərəfindən verilən "İlin qadını" mükafatının laureatı amerikalı müğənni və aktrisa Ariana Qrande olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mükafatın təqdimetmə mərasimi dekabrın 6-sı Nyu-Yorkda keçiriləcək 13-cü təntənəli "Musiqidə qadınlar" adlı nahar və konsertdə baş tutacaq.
"O cəsarətlidir, o, karyerasının ən yaxşı musiqilərini ərsəyə gətirir və o, "İlin qadını" adına tamamilə layiqdir", - deyə jurnalın vitse-prezidenti Ross Skarano bildirib.
Ötən il bu nüfuzlu mükafat 25 yaşlı müğənni Selena Qomesə verilmişdi.