Qadin.NET / Hindistanda havanı süni yağışla təmizləyəcəklər

Hindistanda havanı süni yağışla təmizləyəcəklər

Hindistanda havanı süni yağışla təmizləyəcəklər


Hindistanın paytaxtı havanın təmizlənməsi üçün süni üsullarla yaradılan yağış texnologiyasından istifadə ediləcək ilk şəhər ola bilər. Yağıntıya səbəb olan xüsusi maddələr təyyarələr vasitəsilə buludlara səpiləcək.

 Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, bu barədə çirklənməyə nəzarət üzrə mərkəzi idarənin katibi Praşant Harhava bildirib. "Süni yağışlar havanın çirklənmə probleminin həlli ola bilər. Biz Hindistanın Meteoroloji Departamenti ilə bu imkanları nəzərdən keçiririk", - o, "Economic Times" qəzetinə verdiyi müsahibədə belə deyib.

Praşant Harhavanın sözlərinə görə, hökumət bu əməliyyatı noyabrın 10-dan sonra - əlverişli meteoroloji şəraitin yaranacağı vaxt həyata keçirməyi planlaşdırır.

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Hindistanda hər il milyona

qədər insan zəhərli tüstü səbəbindən həyatını itirir, paytaxt Dehli isə ekoloji vəziyyətinə görə dünyanın ən çirkli şəhəri olaraq qalır.

7 noyabr 2018
GO BACK