Hindistan Arxeoloji Araşdırmalar qurumu (ASİ) Tac Mahalda namaz qılınmasını qadağan edib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Tac Mahal İntizam Komitəsinin sədri Seyid İbrahim Hüseyn sözügedən addımın atılması üçün heç bir səbəbin olmadığını və ASİ-yə şikayət edəcəklərini bildirib. Hüseynin sözlərinə görə, qərarın verilməsinə mərkəzi hökumətin və Aqra bölgəsinin yerli idarə strukturunun müsəlmanlara qarşı mənfi yanaşması ciddi təsir göstərib.