Qadin.NET / İrəm Dərici sevgilisindən ayrıldı

İrəm Dərici sevgilisindən ayrıldı

İrəm Dərici sevgilisindən ayrıldı


Bir həftə əvvəl mətbuat qarşısına əl-ələ çıxan İrəm Dərici və Genco Ecerin sevgisi bitdi.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, Dərici bir neçə gün əvvəl iştirak etdiyi verilişdə sevgilisi ilə yaşadıqları münasibətə 2 ay ömür qoymuşdu. Amma bu sevgi daha tez başa çatıb.

Cütlük artıq yollarını ayırıb və bir-birlərini sosial şəbəkədəki dostluq siyahısından da siliblər. İddiaya görə, cütlüyün arasında baş verən anlaşmazlıq səbəbindən sevgi münasibəti bitib.

Ayrılıqla bağlı İrəm Dərici açıqlama verib: 

"Kaş belə olmayaydı. PR münasibəti sualını siz verdiniz. Ona görə də sizdən xahiş edirəm, bacınız kimiyəm, mən də bir ana övladıyam, bəzi şeylərə mən də üzülürəm. Bunu anlayın.  Bilirəm, yazmaq sizin haqqınızdır, amma mən də üzülürəm. Mən tənhalığa çox vərdişəm. Allah hər kəsin yolunu açıq etsin. Nə deyim...".

5 noyabr 2018
GO BACK