Qadin.NET / Sılanın hansı səbəbdən döyülməsi ilə bağlı İDDİALAR

Sılanın hansı səbəbdən döyülməsi ilə bağlı İDDİALAR



Ahmet Kuralın Sılanı döyməsi iddiasından sonra hadisənin səbəbi haqqında daha bir iddia ortaya atılıb.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, oktyabrın 29-da baş vermiş bu hadisənin səbəbi haqqında müxtəlif fikirlər dolaşırdı. Ahmet Kuralın üzr istədiyi açıqlamadakı "O gecə mənimlə paylaşdığı şeyləri sakit bir şəkildə qarşılamalıydım. Hərənin ayıbı özünə deyə düşünməliydim. Söhbətə görə nə qədər pis olsam da, sakitcə evimi tərk etməliydim" sözləri də diqqət çəkmişdi.

Cütlük, iddiaya görə, həmin gecə köhnə dəftərləri açıb. Onların bu ilin yanvar ayındakı ayrılığına Sılanın o vaxt Okan Can Yantırla görüşməsi səbəb olmuşdu.
Bu dəfə də Ahmet Kural Sıladan Okan Canla münasibətinin olub-olmadığını soruşub. Sılanın "yox" cavabına aktyor inanmayıb və təkid edib. Bir neçə dəqiqədən sonra Sıla Yantırla eşq yaşadığını etiraf edib. Ayrı olduqları vaxtda heç kimlə birlikdə olmadığını deyən Ahmet Kural Sılanı evindən qovub. "Getməyəcəm" deyən Sıla, iddiaya görə, aktyora stəkan atıb.

Bir başqa iddiaya görə isə Kural Sılanın görüşməsini istəmədiyi bir rəfiqəsi ilə tez-tez görüşdüyü üçün əsəbiləşib.

4 noyabr 2018
GO BACK