Xəbər verdiyimiz kimi, müğənni Sılanın Ahmet Kural tərəfindən şiddətə məruz qalması neçə gündür gündəmi zəbt edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, model Çağla Şikel İnstaqram hesabında Sılaya dəstək olmaq üçün status yazıb. Bu zaman isə bütün sosial medianın dilinə düşüb.
Belə ki, #ahmetkural əvəzinə, #ardakural həştağından istifadə edən modeli izləyicilər lağa qoyub. Aktyor Arda Kuralın özü də yazılanlara reaksiya verib. O, tvitter hesabında bu sözləri yazıb:
“Nə vaxt Sılanı döydüyümü xatırlamıram. Sevgili olduğumuzu belə indi öyrəndim”.