Artıq15 ilə yaxındır müğənni Avril Lavinin intihar etməsi haqda iddialar yayılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı Avstraliyada yayımlanan radio verilişlərindən birinə qonaq olub. 34 yaşlı sənətçinin verdiyi açıqlama maraqla qarşılanıb:
“Bəziləri mənim gerçək olduğuma inanmır. Bu çox qəribədir. Mən sağam və bu vəziyyətə sadəcə gülürəm. Niyə belə düşündüklərini anlamıram”.
Qeyd edək ki, rok sənətçisinin fanatları onun əslində 2003-cü ildə evində öldüyünü, lakin bunun mediadan gizlədildiyini iddia edirlər. Onların fikrincə, hazırda özünü A.Lavin kimi təqdim edən qadın ona əkizi qədər bənzəyən Melissa Vandelladır.