İbrahim Tatlısesə soyadını verən Türkiyənin məşhur sənətçisi Yılmaz Tatlıses vəfat edib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, bu barədə məlumatı səs rejissoru Onur Akay verib. O, sənətçinin ağciyər xəstəliyindən öldüyünü bildirib.
Qeyd edək ki, 73 yaşında dünyasını dəyişən Yılmaz Tatlıses "Mavi Mavi", "Seni Sevmeyen Ölsün", "Ağla Gözlerim", "Hatıran Yeter" mahnılarının sözlərinin müəllifi və bəstəkarıdır.