Qadin.NET / Moskvanı dəhşətə gətirən sirli obyekt – Şok VİDEO

Moskvanı dəhşətə gətirən sirli obyekt – Şok VİDEO

Moskvanı dəhşətə gətirən sirli obyekt – Şok VİDEO


Moskvada evlərin üzərində mavi rəngdə işıq saçan, sirli və hərəkət edən obyekt görünüb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Vladius One adlı istifadəçi tərəfindən You Tube-da yerləşdirilən videodakı mavi işıq şüasına Rusiyanın Soçi və digər şəhərlərində də rast gəlinib. RİAMO agentliyinin yaydığı məlumata görə isə, o, hətta ABŞ-da görüntülənib.

“Mavi işıq süni mənşəlidir”, - Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun mətbuat katibi, böyük elmi işçi Nikolay Jeleznyov bildirib. O əlavə edib ki, böyük ehtimalla videodakı pilotsuz kvadrokopterdir. Böyük elmi işçi bunun təlim keçən hərbi obyekt ola biləcəyini də vurğulayıb.

3 noyabr 2018
GO BACK