Qadin.NET / Ruhun ayaq izinə rastladılar-FOTO

Ruhun ayaq izinə rastladılar-FOTO

Ruhun ayaq izinə rastladılar-FOTO


Filippin sakini ticarət mərkəzində qəribə ayaq izləri aşkar edib.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin döşəməsində çılpaq ayaq izi aşkar edilib. Ləpir kiçik ölçüdədir və tək ayaqla qoyulub. Bununla belə, ləpiri qoyan uşağı heç kəs görməyib. Eyni zamanda ləpirdən məlum olub ki, uşağın ayağında 6 barmağı var.

"Orada heç vaxt ikinci ayağın izi olmur. Ləpirlər həmişə çirkli və bulanıqdır. Elə bil ki, qanla çirklənib. Bizim ticarət mərkəzində sol ayağın ləpiri hər gecə peyda olur", - deyə mərkəzin işçisi deyib.

Qəribə ayaq izləri ölkənin başqa ticarət mərkəzlərində də aşkar edilib. Qeyd edilir ki, bəzən uşaq ləpirinin yanında böyük insanın ayaq izi də peyda olur. Ləpir silinsə də, bir müddət sonra yenidən eyni yerdə üzə çıxır.

Ruhun ayaq izinə rastladılar-FOTO

Ruhun ayaq izinə rastladılar-FOTO


3 noyabr 2018
GO BACK