Aktrisa Fahriye Evcen hamilə olması xəbərindən sonra ilk dəfə görüntülənib.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, 3 aylıq hamilə aktrisa həyat yoldaşı Burak Özçivitlə Arnavutköy istiqamətində kameralara tuş gəliblər.
Jurnalistlərin suallarını ayaqüstü cavablandıran cütlük çox həyəcanlı olduqlarını bildiriblər.
"Tərifsiz bir hissdir. Çox xoşbəxtəm. Övladımı Türkiyədə dünyaya gətirəcəm", - deyə Evcen bildirib.
Burak isə hələlik istirahət etdiyini yeni ildən çəkilişlərə başlayacağını açıqlayıb.