"İndiyədək 20 ruhla yatmışam, onlarla cinsi əlaqədə olmuşam. Lakin sadəcə, birini seçdim və onunla da ailə quracağam. Ruha ərə gedirəm".
Bunu İngiltərənin Bristol şəhərinin sakini, 30 yaşlı qadın deyib. Qadın özünü "Amethyst Realm" ("Ametist krallığı") adlandırır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 18 yaşından bəri ruhlarla cinsi əlaqədə olub. Lakin "sevgili ruh"unu ötən ilin fevralında Avstraliyada olarkən görüb və ilk baxışdan ona vurulub.
İTV telekanalındakı "This Morning" proqramının aparıcısı Fillip Şofildin qonağı olan Ametist studiyaya sevgilisi olan ruhla gəldiyini deyib.
"Yanımda, divanda əyləşib. Evlənməyə hazırlaşırıq. Onun əsl adını bilmirəm. Sadəcə, "Rey" deyirəm. Çox yaşlı, çox müdrikdir. Məncə, səyahət edir. Bu isə ruhlar üçün nadir məsələdir. Rey mənə ailə qurmağı təklif etdi. Toyumuz olacaq, ruhdan dünyaya uşaqlar gətirəcəyəm", - qadın deyib.
Aparıcı "divanda oturmuş" ruhla danışmaq istəsə də, cavab gəlməyib.
Ametist ruhlarla sevişdiyini ilk dəfə 2017-ci ilin avqustunda demişdi. Onun sözlərinə görə, ruhlarla yatağa girəndən sonra onu kişilər artıq maraqlandırmır.