Türkiyə də ən çox vergi ödəyən məşhurların və iş adamlarının siyahısı təqdim edilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, məşhurlar arasında ən çox vergi ödəyən Acun İlıcalı və Kıvanç Tatlıtuğ imiş. Acun siyahıda 42-ci, Kıvanç isə 93-cüdür.
"Avşar Film"in sahibi Şükrü Avşar 21 milyon 835 min lirə ilə siyahının 9-cusu olub.
Acun 7 milyon 977 min 843 lirə (təxminən 21 milyon manat), Tatlıtuğ isə 4 milyon 816 min 64 lirə (təxminən 12 milyon manat) vergi ödədiyi ortaya çıxıb.