Acun İlıcalı kənd şəraitində "O səs Türkiyə" müsabiqəsini keçirən 52 kənd uşağını İstanbula gətirdi.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, 52 məktəbli iki gün İstanbulda Acunun qonağı olublar. Uşaqlar Diyarbəkir vilayətinin Bağşar rayonunda öz imkanları ilə "O səs Türkiyə" müsabiqəsini keçirmişdilər. Sosial şəbəkələrə sızan videoçarx Acunun diqqətini cəlb etmişdi və uşaqları İstanbula dəvət gətirib.
"Acun Medya" komandası qonaqlarını Bosfor boğazına baxan bir restorana aparıblar. Sonra isə şəhər gəzintisi olub. Axşam isə otelə apararaq hər birinə özəl hədiyyələr veriblər. Uşaqların arzusu ilə otaqlarda hamburqer gecəsi keçirilib.
İkinci gün diyarbəkirli məktəblilər "Viaport Marina" əyləncə parkına aparıblar. Sonra isə müsabiqənin jüriləri Hadisə, Murad Boz, Bəyazıt Öztürk, Seda Sayanla tanış olublar.