Dünən Türkiyənin ən çox müzakirə edilən mövzusu məşhur müğənni Sılanın döyülməsi olub.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, siyasətçilər də daxil olmaqla, bütün məşhurlar döyülən müğənniyə dəstək olub, qadına qarşı şiddəti qınayıblar.
Ötən gün Sıla məhkəməyə müraciət edərək Ahmet Kuralın onu döydüyünü iddia edib.
Ahmet Kural isə məsələ ilə bağlı ilk açıqlama verib. O bildirib ki, Sılanı döyməyib.
"Bir-birimizi itələdik. Bu vaxt qolundan tutdum. Bundan başqa olan bütün iddiaları qəbul etmirəm"