Qadin.NET / Ürəksiz və nəbzsiz yaşayan ilk insan

Ürəksiz və nəbzsiz yaşayan ilk insan

Ürəksiz və nəbzsiz yaşayan ilk insan


2011-ci ilin mart ayında 55 yaşında infarkt keçirən Kreyq Lyuis, infarktdan sonra Texas Ürək İnstitutuna müraciət etdi. Xəstəliyinin adı amiloidosis idi. Bu xəstəlik daxili orqanlarını, ürəyini, böyrəklərini və qaraciyərini sürətli formada əhatə edən və yapışqan bir maddə ilə dolduran ölümcül bir xəstəlikdir. Olduqca nadir xəstəlik olmasına baxmayaraq, əgər tez bir zamanda bu xəstəliyə qarşı müdaxilə edilməzsə, ölüm qaçılmazdır. Lyuis, ehtimalla bu sürətli müdaxilələr olmasaydı, bir neçə gün ərzində həyatını itirəcəkdi.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, getdiyi institutda olan dr. Billi Con və dr. Bad Frazier, Lyuis üçün 'Continuous flow' adını verdikləri cihaz ilə ortaya çıxdılar. Lyuisin ürəyini yerindən çıxartdılar və bu cihazı taxdılar. Lyuis həmin gündə ayağa qalxıb, həkimlərlə danışa biləcək vəziyyətə gəldi. Dr. Con insan ürəyinə əvəz tapılması üçün və ya ürəyin müalicə edilməsinə həyatını həsr etmiş bir araşdırmaçı olması ilə yanaşı mütəxəssis bir cərrahdır.

Hər şey yolunda getməsinə qarşı, tək bir problem var. Lyuisin nəbzi vurmur. Lyuis bu texnologiyanı alan ilk insan idi. Əməliyyat 48 saatdan az davam etdi və bu böyük bir müvəffəqiyyət idi.

1 noyabr 2018
GO BACK