Türkiyənin məşhur müğənnisi Sıla Gençoğlu aktyor sevgilisi Ahmet Kuraldan şikayətçi olub.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, pop ulduz İstanbul Ailə Məkhəməsinə müraciət edərək A. Kuralın ona şiddət göstərdiyini iddia edib.
Məhkəmədən çıxarkən görüntülənən sənətçi mətbuat nümayəndələrinin suallarını cavablandırıb: " 3 ay uzaqlaşdırma qərarı aldıq. İfadə verməyə gəlmişəm. Ahmet Kuraldan şikayətçiyəm".
Sılanın vəkili Rezan Epozdemir isə sənətçinin zorakılığa, psixoloji şiddətə, təhqir və təhdidə məruz qaldığını bildirib.
Qeyd edək ki, gah küsən, gah da barışan cütlük barədə bir neçə həftə bundan əvvəl toy xəbəri yayılmışdı. Onların noyabr ayında nişanlanacağı deyilirdi.