Qadin.NET / Bu da ilk əyilə bilən smartfon

Bu da ilk əyilə bilən smartfon

Bu da ilk əyilə bilən smartfon


Çinin rəngli ekranların istehsalı və tədqiqatları sahəsində lider şirkətlərindən biri olan Rouyu Technology dünyanın ilk əyilə bilən smartfon modelini təqdim etdi.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, istənilən an əyilərək smartfon formasını alan böyük ekrana sahibdir.

Açıq şəkildə FlexPai 7.8 inç ekrana sahib olur və dizayn baxımından planşeti xatırladır. Bu cür formatda onun vasitəsilə oyunlar oynamaq, videolar izləmək və ya elektron kitab oxumaq çox rahat olur.

Əyilmiş vəziyyətdə isə o, 4 inç ekrana sahib olur və adi smartfonu xatırladır. Qeyd etmək lazımdır ki, əyilə bilən ekran qalın çərçivələr ilə əhatə olunub.

Şirkətin verdiyi məlumata görə, bu cihaz 200.000 dəfədən çox əyilməyə tab gətirə bilir. Cihaz “Water OS” adlı interfeys əsasında “Android” əməliyyat sistemi vasitəsilə çalışır. Əməliyyat sistemi isə öz növbəsində ekran ölçülərinin dəyişimini dəstəkləyir və iki ekranda çalışmaq üçün adaptasiya olunur. Məsələn, əyilmiş formada ekranlardan birində bir tətbiqi, digər ekranda isə tamamilə başqa bir tətbiqi işə salmaq mümkündür.

“FlexPai Snapdragon 800” seriyasının bilinməyən prosessoru, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş və 16 MP + 20 MP ikili kamera ilə təchiz olunub. Bununla yanaşı smartfon sürətli enerji yığma texnologiyasını da dəstəkləyir və onun sayəsində 1 saat ərzində 80% enerji yığa bilir.

Qeyd edək ki, dünyanın ilk əyilə bilən smartfon modeli “FlexPai” bu gündən etibarən Çində məhdud sayda satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 1290 dollar, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1433 dollar, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 1864 dollar qiymətinə satılacaq.

1 noyabr 2018
GO BACK