Hindistanın Qucarat ştatında dünyanın ən hündür abidəsi sayılan “Birlik” heykəlinin açılışı olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hündürlüyü 182 metr olan abidə üzərində heykəltaraşlar Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin ardıcıllarından biri olan Sərdar Vallabhbhai Patelin obrazını əbədiləşdiriblər.
Heykəlin hazırlanmasına 5 il əvvəl, 2013-cü ilin oktyabrın 31-də başlanılıb. Heykəlin tikintisi 430 milyon dollara başa gəlib.
Qeyd edək ki, “Birlik” heykəli ABŞ-dakı “Azadlıq” heykəlindən (93 metr) təxminən 2 dəfə hündürdür.