Alimlər Yerin səthindən 400 min kilometrlik məsafədə iki nəhəng toz buludunun mövcudluğunu təsdiqləyiblər.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, "MNRAS" jurnalında bu barədə elmi məqalə dərc edilib.
Kordılyev buludları Yerin ətrafındakı ən naməlum iki cisimdir. Onlar Ay qədər uzaq məsadədə yerləşirlər və astronomlar faktiki olaraq onları heç vaxt görmürlər. Hələ XVIII əsrdə alimlər müəyyən ediblər ki, kiçik səma cisimləri bir planetin orbitindən digərinə hərəkət edə bilərlər. Yupiter, Mars, Neptunun orbitində minlərlə belə səma cisimləri tapılıb. Amma bu günə qədər alimlər Yerin belə bir asteroidini kəşf etməmişdilər.
Şliz-Baloq və həmkarları bu yaxınlarda iki səma cismi də kəşf ediblər. Söhbət Kordılyev buludlarından gedir. Bu obyektlərin mövcudluğu barədə ilk dəfə 1961-ci ildə Kazimir Kordılyev məlumat verib.