Yaponiya imperatoru Akixitonun qardaşı qızı şahzadə Ayako ailə həyatı qurub.
Qadin.Net "ölkə.az"-a istinadən bildirir ki, şahzadə "Nippon" nəqliyyat şirkətinin əməkdaşı Yusen Keyem Morie ilə evlənib.
"The Asahi Shimbun" agentliyinin xəbərinə əsasən, toy mərasimi Tokio şəhərindəki "Meydzi" sintoist məbədində keçirilib və birbaşa efirlə bütün ölkəyə yayımlanıb.
Nikah mərasimi sintoistik rituala əsasən ənənəvi geyimlərdə keçirilir. Cütlük Qərb adətinə uyğun olaraq bir-birinin barmağına üzük keçirib. Tədbirdə hər iki tərəfin sadəcə çox yaxın dostları və qohumları iştirak edib. Ümumi olaraq toya 30 nəfər dəvət edilib.
Qeyd edək ki, nikahdan sonra Ayako şahzadə titulunu itirib. O, bu addımı könüllü atıb. Ailəsi isə cehiz olaraq ona 950 min dollar ayırıb.