2019-cu ildə tarixdə ilk dəfə pivə aviareysi həyata keçiriləcək.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, bu təşəbbüs İngiltərənin "BrewDog" pivə şirkətindən gəlib.
Gələn ilin fevralın 21-də Londondan ABŞ-a uçacaq Boing 767 təyyarəsində sərnişinlər xüsusi hazırlanmış pivənin dadına baxa biləcəklər.
İstehsalçı bəyan edib ki, qeyri-adi pivənin dadı 9 min metr yüksəklikdə fərqli olacaq.