Müğənni Bülənt Ersoy ötən gün məkanlardan birində səhnə alıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi səhnəyə çıxmadan əvvəl müsahibə verib və bu sözləri deyib:“Bu gecə bura yenə doludur. Şükürlər olsun. Mənim ən böyük sərvətim sevdiklərimdir”.Mahnısını oxumağa hazırlaşan müğənniyə izləyicilərindən biri “Səndən öyrənəcək çox şeyimiz var” sözlərini söyləyib. Bunu eşidən Ersoy isə belə cavab verib:“Təbii ki, məndən öyrənəcək çox şeyiniz var. Məktəb kimi qadınam. Bu gözəl sözlərinizə görə təşəkkür edirəm”.