Bakıdakı məşhur AVM-lərin birindəki tanınmış brend mağazada köynəyin üzərində yazılan yazı diqqət çəkib.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, köynəyin üzərində "Bacımın sevgilisini oğurladım. Hər şey qasırğa kimi bir anda baş verdi və biz bir həftə ərzində valideynlərimizi öldürdük, sonra da səyahətə çıxdıq" yazılıb.
Alıcı köynəyin şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Foto birmənalı qarşılanmayıb. Bunun psixologiyaya mənfi təsir etdiyini qeyd edənlər də olub, normal qarşılayanlar da.Qeyd edək ki, bu sözlər tanınmış rep qrupu "Sonic Youth"un mahnısından götürülüb.