Məşhur Tayvan ufoloqu Skott Uorinq öz rəsmi saytında 1947-ci ildə qeydə alınmış təəccüblü video haqqında xəbər dərc edib.
Qadin. Net Milli.Az-a istinadən xəbər verir ki, alim iddia edir ki, çarxda görüntülənən məxluq yerdən kənar sivilizasiyanın nümayəndəsidir.
Guya, sözügedən görüntülər Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhlükəsizlik Bürosunun (FTB) agentləri tərəfindən əldə olunub.
Sirli kadrlarda böyük başlı və boz dərisi olan insanaoxşar varlığın təsviri var.
Ehtimal ki, "qonaq" haradasa köləlik vəziyyətində saxlanılır. Videonun müəyyən hissəsində isə Humanoidin yanına tibbi personal gəlir...
Skott Uorinq əmindir ki, dünya ictimaiyyəti "burnunun ucunda" olan sensasiyanı dərk etmir.
Tayvanlı tədqiqatçının düşüncələrinə görə, qarşımızda Amerika xüsusi xidmət orqanlarının öz əməkdaşlarına nümayiş etdirdiyi məxfi sənədli filmdən bir hissə var.
O iddia edir ki, bu bədbəxt varlıq 1947-ci ilin iyulunda Nyu-Meksika ştatında, Rozuella şəhərinin ətrafında vurulmuş yadplanetlidir.