Reanimasiyaya yerləşdirilən şoumen Mehmet Ali Erbil bu gün oyandırılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcının həkimi Klod Kayuka məlumat verib:
"Özünə gəlməyə başlayır. Bu gün aparatdan ayırdıq. Ən çətin olanın öhdəsindən gəldik".
Erbili ziyarətə gələn müğənni Funda Arar da şoumenin vəziyyəti haqda danışıb:
"Çox şükür düzəlir. Qızları ilə əl-ələ çıxacağına ümid edirik. Gözləyirik ki, yenidən verilişinə qayıtsın, üzü gülsün".