Aktyor Əhməd Kuralla barışan müğənni Sıla Gençoğlu evlilik planları barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, sənətçi dünən gözəllik salonundan çıxarkən görüntülənib. Beş saatlıq dəri qulluğundan sonra çıxıb evə yollanan ulduz ilk dəfə olaraq aktyorla münasibətlərindən danışıb.
O, Əhməd Kurala evlilik və uşaq şərti qoyduğu iddialarını təkzib edib: "Çıxan xəbərləri biz də qəzetlərdən oxuyuruq. Evlilik haqqında düşünmürük. Ailələrimizin tanış olması xəbərləri də əsassızdır”.
Dərisinə qulluq etdirdiyi üçün makiyajsız olan ulduz iri çərçivıli eynək taxaraq üzünü gizlətməyə çalışıb. Lakin müğənninin makiyajsız halı kameralardan yayınmayıb.