Qadin.NET / Cütlükdə süd vəzi xərçəngi aşkarlandı

Cütlükdə süd vəzi xərçəngi aşkarlandı

Cütlükdə süd vəzi xərçəngi aşkarlandı


Süd vəzisində şiş olduğunu ilk dəfə ər - 75 yaşlı Ken Qremlinq aşkara çıxardı. 2017-ci ilin sonunda süd vəzi giləsindən qanlı axıntı gələn kişini müayinə edən həkimlər onda xərçəng aşkarlayıb, əməliyyat etdilər.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, ABŞ-da yaşayan ər-arvad hər ikisi eyni vaxtda eyni xərçəngdən müalicə olunub. Ərindən 6 ay sonra qadında, 66 yaşlı Ceyn Qremlinqdə mammoqrafiya müayinəsində şiş aşkarlanır. Qadında da əməliyyat aparılır.

Hər ikisində şiş ilkin mərhələdə aşkarlandığından metastaz verməmişdi. Həkimlər müalicə boyu ər-arvadın bir-birinə güclü dəstək verməsi nəticəsində onların qısa müddətə sağaldığını da bildirir.

Cütlükdə süd vəzi xərçəngi aşkarlandı


27 oktyabr 2018
GO BACK