Qadin.NET / Dünyanın ən zövqlü bomju-FOTO

Dünyanın ən zövqlü bomju-FOTO

Dünyanın ən zövqlü bomju-FOTO


"Bəziləri küçədə kartonların üstündə, ya da cırıq döşəkdə yatırlar. Amma mən belə bacarmaram. İncəsənətsiz yaşamaq olmaz".

55 yaşlı Pol Lindsi-Cons belə deyir.

O, İngiltərənin Kornuoll qraflığındakı Troro şəhərində, "Moorfield Car Park" parkinqində yaşayır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, parkinqin 5-ci mərtəbəsində bir küncü seçən Pol buranı özünün "mənzil"inə çevirib.

İki həftə əvvəl evsiz qalmış Pol "mənzil"inin döşəməsinə karton döşəyib, iki divana döşəkçələr qoyub, ətrafa da tablolar və estamplar düzüb. Ortadakı masanın üzərində gül dibçəyi var.

Onun sözlərinə görə, "mebel"lə əşyaların hamısını zibilxanalardan yığıb.

"Bura ilə fəxr edirəm. Tablolara baxın - məşhur əsərlərin surətləridir. İncəsənət insana ruhi qidadır", - Pol söyləyib.

Britaniya mediası və sosial şəbəkələr Polu "dünyanın ən zövqlü bomju" adlandırıblar.

27 oktyabr 2018
GO BACK