Aktrisa Türkan Şoray Antalyada adını daşıdığı mədəniyyət mərkəzinin açılışında iştirak edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bələdiyyə tərəfindən inşa edilən mərkəzin açılışında aktrisa kövrəlib.
Göz yaşlarına hakim ola bilməyən Şoray xoşbəxt olduğunu bildirib:
"Həyatımın ən xoş anını yaşayıram. Bu qədər hörməti və sevgini yəqin ki, həqiqətən qazana bilmişəm. Mədəniyyət mərkəzinə adımın verilməsi məni qürurlandırdı. Ölmədən əvvəl bu cür gözəllik hər kəsə nəsib olmaz".