Qadin.NET / Facebook Messenger sadələşdi

Facebook Messenger sadələşdi

Facebook Messenger sadələşdi


"Facebook" şirkəti ani mesajlarla mübadilə üçün özünün "Messenger" proqramının interfeysini sadələşdirməyə dair qərar verib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, indi messencerdə 9 deyil, yalnız 3 bölmə mövcud olacaq: "Mesajlar" (çatlar), "İnsanlar" (tarixçəni və onlaynda olan istifadəçiləri göstərir) və "Qruplar" (oyun və biznes çatlar). Bundan başqa, tezliklə "qara rejim"in (dark mode) istifadəyə verilməsi gözlənilir. Bu rejim proqramın fon rəngini qara rəngə çevirəcək.
 
"Facebook Messenger"in vitse-prezidenti Sten Çudnovski deyib: "Bu, bizə daha sürətli, təkmilləşdirilmiş, güclü funksiyalar yaratmaq imkanı təqdim edəcək yeni bünövrədir".
 
"Messenger" proqramında hər ay istifadəçilər bir-birinə təxminən 10 milyard mesaj göndərirlər.

27 oktyabr 2018
GO BACK