Müğənni Sibel Can evinə göndərilən nəhəng paketi açanda sevincdən haray salıb.
Qadin.Net publika-a istinadən xəbər verir ki, qutudan məşhur rəssam Devrim Erbil imzalı İstanbul tablosu və təbrik mesajı çıxıb. Tablonu rəssam Cana doğum günü hədiyyəsi olaraq təqdim edib.
Məlum olub ki, müğənni son dövrlərdə qazancını ciddi sənət əsərlərinə xərcləməyə və kolleksiya yığmağa başlayıb.
Sibel dərhal memarları Necibe-Birol Darcanı çağırıb tablonu evin ən gözəl yerindən asmağı xahiş edib.