Qızılı retiver cinsindən olan Rayli adlı köpək internetdə, sosial şəbəkələrdə sensasiyaya çevrilib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Studio Sitidə yaşayan ailənin köpəyi olan Rayli hər səhər həyətə qaçır, hasara dırmaşır, sevimli topunu aşağı, küçəyə atır.
Ki, bəlkə səkidən keçən insanlardan kimsə topu qaldırıb həyətə atdı, onunla oynamağa başladı.
Rayli o qədər məşhurlaşıb ki, Facebook, Twitter və Instagram-da onun fotolarını minlərlə insan paylaşıb. Onlarla amerikalı isə "Mən Raylinin yaşadığı küçədə yaşayıram" yazaraq fotolar paylaşıblar
Raylinin Twitter və Instagram-da öz profilləri var.
Bu köpəyin hasardan top atdığı anların əks olunduğu videoya indiyədək 10 milyon dəfə baxılıb, 670 min dəfə paylaşılıb.