Qadin.NET / Məşhur müğənni təcili əməliyyat olundu-SƏBƏB

Məşhur müğənni təcili əməliyyat olundu-SƏBƏB

Məşhur müğənni təcili əməliyyat olundu-SƏBƏB


Ukraynalı müğənni Svetlana Loboda böyrəyindən təcili əməliyyat olunub.

Qadin.Net axşam.az- a istinadən xəbər verir ki, bu barədə ifaçının mətbuat katibi Darya Burlakova məlumat verib.


O bildirib ki, Svetlana oktyabrın 25, 26 və 28-nə nəzərdə tutulmuş konsertlərinin məşqi zamanı halının pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndiriblər və dərhal əməliyyata götürüblər.

"Yaxın bir neçə həftə ərzində Loboda ciddi yataq rejimində olmalıdır. Onun vəziyyəti hazırda normaldır", - deyə Burlakova vurğulayıb.

Mətbuat katibi onu da əlavə edib ki, oktyabr ayına planlaşdırılan konsertlər gələn ilin yanvar ayına təxirə salınıb. Daryanın sözlərinə görə, alınan bütün biletlər mübadilə etmədən yeni tarixlər üçün etibarlı sayılacaq. 

Qeyd edək ki, S.Loboda bu ilin martında ikinci dəfə ana olub. O, övladını dünyaya gətirdikdən 2 həftə sonra səhnəyə çıxıb. 

25 oktyabr 2018
GO BACK