Türkiyəli müğənni Ajda Pekkan İstanbul boğazının sahilində doğulub böyüdüyü malikanəni ala bilməyib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 72 yaşlı ifaçı malikanəni ala bilmək üçün hazırda Bahçeköy səmtində yaşadığı villanı satmaq istəsə də, istəyinə nail ola bilməyib.
Belə ki, həmin malikanəni 2,5 milyon dollara adı açıqlanmayan bir həkim alıb.
Bildirək ki, ifaçının əmisi tərəfindən 1936-cı ildə tikilən malikanə İstanbul boğazı sahilində tarixi miras siyahısına daxil edilən 360 tikilidən biridir. Pekkan həmin evdə doğulub və uşaqlıq illərini orada keçirib.
Qeyd edək ki, A.Pekkan öz villasını satmaq üçün qiyməti 8,7 milyon dollardan 7,5 milyon dollara qədər endirsə də, müştəri tapa bilməyib.