Qadin.NET / Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO

Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO

Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO


Bir zamanların məşhur futbolçusu Devid Bekhem dünən oğulları ilə birlikdə Avstraliyanın Sidney şəhərindəki "Sydney Harbour Bridge" körpüsünə dırmaşıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 43 yaşlı Devid oğulları - 16 yaşlı Romeo və 13 yaşlı Kruzla birlikdə mühafizə kanatını belinə bağlayaraq körpünün ən yüksək nöqtəsinə çıxıb.

Devid və Viktoriya Bekhemlər övladları ilə birlikdə Avstraliyanın Sidney şəhərində keçirilən "Məğlubedilməzlər Oyunları"na (Invictus Games) qonaq qismində qatılıblar.

Onları Britaniya şahzadəsi Harri və xanımı Meqan Markl dəvət ediblər.

Bekhem və oğulları körpüdə çəkilmiş fotolarını İnstagram-dakı profillərində paylaşıblar.

Devid Bekhemin İnstagram profilinin 51,6 milyon, Romeonun 1,8 milyon, Kruzun isə 1,4 milyon daimi təqibçisi var.

Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO

Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO


24 oktyabr 2018
GO BACK