Amerikalı pop ulduz Teylor Svift xeyriyyəçiliyi ilə yenidən gündəmə gəlib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 28 yaşlı sənətçi anası komada olan pərəstişkarına yardım əlini uzadıb.
Belə ki, o, Sadie Bartell adlı fanatının anası üçün təşkil edilən xeyriyyə kampaniyasına qoşulub. Müğənni ailəyə 15 min 500 dollar dəyərində pul ödəyib.
Bu məqamda bildirək ki, 19 yaşlı Bartell anasının üç ildir ki, komada olması barədə tvitterdə paylaşım etmişdi. O, valideynini xilas etmək üçün 40 min dollar ehtiyacı olduğunu bildirmişdi.