Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Harri və onun xanımı, Sasseks hersoginyası Meqan Okeaniyada səfərdədirlər. Dünən onlar Ficinin paytaxtı Suveyə baş çəkiblər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 37 yaşlı Meqan BMT-nin "Qadınlar dəyişikliklər istəyir" adlı qadın hüquqlarının müdafiəsi proqramı çərçivəsində Suved şəhər bazarında qadınlarla görüşmək istəyirdi.
Lakin şahzadənin xanımını görən ficili qadınlar basabas yaradıblar və hersoginya 20 dəqiqəlik görüş əvəzinə 6 dəqiqəlik mükalimələrlə kifayətlənməli olub.
Bazardakı insanlar Harri ilə Meqana yaxınlaşmaq, onlarla göorümək və danışmaq istəyirdilər.
Hamilə Meqan Marklın qadın cangüdəni kütlənin sürətlə yaxınlaşdığını, şahzadə və xanımının kütlənin mühasirəsinə düşəcəyini anlayanda "təcili təlxiyyə"yə başlayıb.
Meqan Marklın qadın cangüdəni Londonun Polis Departamentinin Xüsusi Mühafizə İdarəsinin zabitidir.