Evinin hamamında yıxılan şoumen Mehmet Əli Erbilin səhhəti ağırlaşıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu barədə məşhurun qızı Sezin Erbil instaqramda məlumat verib. O, “Atamın öz xəstəliyi yenidən başladığı üçün vəziyyəti kirtikdir. İkinci əməliyyatın çox əhəmiyyəti yoxdur, çünki atamın xəstəliyi yenidən ağırlaşıb. Həkimlər müalicəsi ilə məşğul olur. Biz də əlacsız gözləyirik. Xahiş edirəm, dualarınızı əskik etməyin” , - deyə qeyd edib.
Mehmet Əli Erbilin 16 il əvvəl ortaya çıxan "qaçış” sindromu xəstəliyinin müalicəsini aparan həkimi Jan Klod Kayuka isə bunları deyib: “Bu an üçün bir şey deyə bilmərəm, gözləməliyik. Bu xəstəliyin qabırğa sınıqları əlaqəsi yoxdur. 16 illik xəstəlik təkan verdi. Bu dəfə vəziyyət əvvəlkilərdən daha ağırdır”.
Xatırladaq ki, müayinə zamanı ulduzun qabırğalarında sınıq olduğu və sınmış qabırğaların da ağciyər pərdəsinə batdığı təsbit edilmişdi. Şoumenin həkimi onun yaxın günlərdə ikinci dəfə əməliyyat olunacağını bildirmişdi.