Qadin.NET / Sızanaqlardan xilas olan qadın danışdı-FOTO

Sızanaqlardan xilas olan qadın danışdı-FOTO

Sızanaqlardan xilas olan qadın danışdı-FOTO


İngiltərənin Mançestr şəhərində yaşayan Ella Qorton adlı qadını indi görənlər tanıya bilmir.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 25 yaşlı qadının sızanaqlar üzündən başı dərddə olub. Lakin sızanaqlardan canı qurtulan Ella indi gözəlliyi ilə heyran edir.
Bu barədə danışan Qorton bildirib ki, üzü rəfiqəsi ilə illər öncə Meksikada tətildə olarkən yara qoymağa başlayıb. Daha sonra simasının tamamilə sızanaq basdığını və insanların ona qəribə baxdığını görən Ella depressiyaya düşüb. Bahalı kremlərdən istifadə etsə də, heç bir nəticə əldə etməyib. 

Bir gün getdiyi bir həkim ona dərman məsləhət görüb. Lakin dərman yalnız şəxsin imzası ilə verilə bilərdi.

Belə ki, Qortonun adını çəkmək istəmədiyi dərman ya onun simasını sağaldacaq, ya da əks təsir göstərərək, daha da tanınmaz hala salacaqdı. Ella riskə gedərək, dərmandan istifadə etməyə başlayır və siması get-gedə əvvəlki vəziyyətini alır.

 

Ella onu da əlavə edib ki, sızanaqlar üzündən uzun müddət aynaya nifrət edib.
Sızanaqlardan xilas olan qadın danışdı-FOTO

Sızanaqlardan xilas olan qadın danışdı-FOTO

Sızanaqlardan xilas olan qadın danışdı-FOTO


23 oktyabr 2018
GO BACK