Qadin.NET / Anita Soy təcili xəstəxanaya aparıldı-SƏBƏB

Anita Soy təcili xəstəxanaya aparıldı-SƏBƏB

Anita Soy təcili xəstəxanaya aparıldı-SƏBƏB


Rusiyalı müğənni Anita Soy Krasnodar vilayətində xəstəxanaya yerləşdirilib.

Qadin.Net report-a istinadən bildirir ki, bu barədə aktrisa özü "Instagram" səhifəsində yazıb.

"Çox təəssüf ki, Ufa, Naberejnıe Çelnı, Samara və Kazandakı konsertlərin vaxtı dəyişdiriləcək. Mən üzr istəyirəm. Xəstəxanaya düşmüşəm", - deyə Soy vertolyotun göyərtəsindən pərəstişkarlarına müraciət edib.

Müğənninin sözlərinə görə, hazırda o, təcili olaraq Krasnodarın Staroşerbinovskaya kəndindən Moskvaya aparılır.

Aktrisa bel nahiyəsində kəskin ağrıların olmasından şikayətlənir. Həkimlər güman edirlər ki, bu, orqanizmdə soyuqdəymə prosesinin nəticəsi ola bilər.

Yaxın saatlarda müğənni Moskvaya çatdırılacaq. Həkimlərin sözlərinə görə, Soy əməliyyat oluna bilər.

Anita Soy təcili xəstəxanaya aparıldı-SƏBƏB


22 oktyabr 2018
GO BACK