Selin Şekerci ilə Caner Cindorukun apreldə başlayan münasibəti ötən həftə bitib.
Qadin.Net axşam.az-a istinadən xəbərinə görə, cütlük İnstaqramda birlikdə olan şəkilləri silib, bir-birini izləmədən çıxarıb.
Bu günlərdə isə ayrılığın səbəbi açıqlanıb. Son günlər tez-tez dalaşan cütlük münasibətlərini daha da pisləşdirmək istəməyiblər.
Cindorukun qısqanclıqlarından bezən Selin ayrılmaq istəyib. Şekerci yaxınlarına Caneri bir daha görmək istəmədiyini deyib.