Azərbaycanın "Odlar Yurdu" Universitetində xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinmək qadağan edilib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Əhməd Vəliyev göstəriş verib.
Məsələ ilə bağlı "Odlar Yurdu" Universiteti ilə əlaqə saxladıq.
"Biz tələbələrə qadağa qoymamışıq. Sadəcə, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.
Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir", - universitetin mətbuat katibi Günay İmanova bildirdi.