“Mona Liza” rəsm əsəri və rəssam Leonadro Da Vinçi ilə bağlı ilginc iddialar irəli sürülüb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, rəssamla bağlı araşdırma aparan mütəxəssislər onun çəpgöz olduğu qənaətinə gəliblər.
İngiltərədə nəşr olunan “Guardian” qəzeti yazır: “Görmə problemləri olan Leonardo Da Vinçi “Mona Liza”nın simasında qəribə əsər ortaya qoydu. Rəsmdəki qadına gülüşü də daxil olmaqla, digər qəribəlikləri verən əsas güc rəssamın görmə probleminin olmasında idi. London Universitetinin mütəxəssislərinin yaydıqları bəyanatda da bu, öz əksini tapır”.
Ekspertlər hesab edirlər ki, “Con Baptist” və “Dünyanın Xilaskarı” əsərlərindəki qəribəliklər də onun görmə problemlərindən və uzun zaman bu əsərləri yarımçıq saxlamasından irəli gəlir: “Da Vinçi eyni vaxtda çəkməyə çalışdığı bu əsərləri və ideyalarını bilməyərəkdən bir-birinə qarışdırıb. Bu da əsərin dahiyanə görünməsinə gətirib çıxarıb”.
Professor Kristofer Tiller də Leonardo Da Vinçinin çəpgöz olduğunu iddia edib: “Məşhur rəssamların bir çoxu çəpgöz olub. Rembrandt, Albret Dürer, Covanni Fransesko Barbiyer, Edqar Deqas və Pablo Pikasso… Leonardo Da Vinçini də bu sıraya qoya bilərik”.
Qeyd edək ki, “Mona Liza” (1517-ci il) dünyanın ən məşhur, ən çox baxılan, ən çox haqqında yazılan və ən çox parodiya edilən sənət əsəridir.
Subyektin çox vaxt sirli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.